Çempionlar Turu: Rəcəbov Aronyana qalib gəldi, Məmmədyarov uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Turu: Rəcəbov Aronyana qalib gəldi, Məmmədyarov uduzdu

İdman

30 Sentyabr 2021 00:30 763


Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun görüşləri keçirilib.

Yenisabah.az xəbər verir ki, bu turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb.

Birinci, üçüncü və dördüncü partiyalarda heç-heçə edən Rəcəbov ikinci qarşılaşmada qalib gələrək 2,5:1,5 hesablı qələbə qazanıb. Pepperoni pizza

Məmmədyarov isə startda uğursuzluqla üzləşsə də, bir məğlubiyyət və bir heç-heçədən sonra üçüncü görüşdə qələbə sayəsində hesabı bərabərləşdirib. Lakin dördüncü partiyada da Artemyevlə bacarmayan 36 yaşlı qrossmeyster yekunda məğlub olub - 1,5:2,5.

Qeyd edək ki, sentyabrın 30-da oynanılacaq VI turda Rəcəbov So, Məmmədyarov isə Nakamuro ilə qarşılaşacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!