Çempionlar Turu: Rəcəbov Karlsenə, Məmmədyarov Giriyə qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Turu: Rəcəbov Karlsenə, Məmmədyarov Giriyə qalib gəldi

İdman

03 Oktyabr 2021 00:09 1796


Norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində bu gün VII turun görüşləri keçirilir.

Yenisabah.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov dünya çempionu Karlsenlə üz-üzə gəlib. Görüş Rəcəbovun qələbəsi ilə yekunlaşıb - 3:1. İlk 2 görüşünü heç-heçə ilə başa vurmuş 34 yaşlı qrossmeyster sonrakı 2 qarşılaşmasından qələbə ilə ayrılıb. Nəticədə Rəcəbov 3:1 hesablı qalibiyyət əldə edib.

Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Giri ilə qarşılaşıb. Məmmədyarov birinci və üçüncü görüşlərini qələbə, ikinci görüşünü heç-heçə ilə başa vurub. Nəticədə dördüncü duelə ehtiyac olmayıb və azərbaycanlı qrossmeyster 2,5:0,5 hesabı ilə qalib gəlib. Dördpendirli pizza

Digər qarşılaşmalarda polşalı Yan-Kşiştof Duda rusiyalı Vladislav Artemyevi üstələyib - 2,5:1,5. Ermənistanlı Levon Aronyan isə ABŞ təmsilçisi Uesli Sodan üstün olub.

Hazırda fransalı Maksim Vaşye-Laqrav ilə ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura arasında görüş davam edir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!