Çənəsi sındırılan qazi əməliyyat olundu - Xəstəxanadan   FOTOLARI

saytların hazırlanması

Evə çatdırılma

Çənəsi sındırılan qazi əməliyyat olundu - Xəstəxanadan FOTOLARI

Hadisə

08 May 2023 18:40 2560


Xəbər verdiyimiz kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.

Yenisabah.az xəbər verir ki, Bakupost.az N. Babayevin xəstəxanadan fotolarını əldə edib.

Hücum zamanı çənə sümüyü sınan, dişləri qırılan qazi əməliyyat olunub. Pepperoni pizza

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi qazi Namiq Babayevi vuraraq çənəsini sındıran Rəvan Nəbizadə barəsində 1 ay müddətinə qətimkan tədbiri seçilib.

R.Nəbizadə barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!