Cenevrədə Moskva, Kiyev və Vaşinqton nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar başlayıb.
"Yeni Sabah" xəbər verir ki, danışıqlar Cenevrədə yerləşən "Intercontinental" otelində keçiriləcək.
Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Onun tərkibinə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini İqor Kostyukov və xarici işlər nazirinin müavini Mixail Qaluzin də daxildir. Dördpendirli pizza
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, Rusiya nümayəndə heyəti iki raund Əbu-Dabidə keçirilən Rusiya-Ukrayna-ABŞ Təhlükəsizlik İşçi Qrupunun məsləhətləşmələri ilə müqayisədə genişləndiriləcək. Cenevrədə müzakirə olunacaq məsələlərin dairəsi də genişləndiriləcək. Xüsusilə, tərəflər ərazi məsələləri üzrə danışıqlar aparacaqlar.
Peskov bildirib ki, Medinski Rusiya danışıqlar nümayəndə heyətinin rəhbəri olaraq qalır və o, əsasən hərbi məsələlər orada müzakirə olunduğu üçün Əbu-Dabidə yox idi.
Medinski sonuncu dəfə şəxsən 2025-ci ilin iyul ayında İstanbulda Rusiya-Ukrayna danışıqlarında iştirak edib.
Çərşənbə axşamı günü Peskov həmçinin bildirib ki, Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar qapalı qapılar arxasında keçiriləcək və bu gün onlardan heç bir xəbər gözlənilməməlidir.
"Düşünmürəm ki, bu gün heç bir xəbər gözləyək, çünki bildiyiniz kimi, işin sabah davam etdirilməsi planlaşdırılır", - deyə o, brifinqdə bildirib.
"Bu məsələ ilə bağlı heç bir açıqlama, heç bir şey planlaşdırılmır. Hər şey mətbuat üçün qapalı qapılar arxasında olacaq", - deyə Kremlin sözçüsü vurğulayıb.
Telegram kanalımız