Türkiyə millisinin üzvü Cenk Tosun "Kristal Pelas"dan ayrılıb.
"Yeni Sabah" xəbər verir ki, buna səbəb hücumçunun məşq zamanı dizindən ciddi zədə alması olub. "Kristal Pelas" 7 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilən hücumçu ilə müqaviləni ləğv edib. Belədə Cenk Tosun "Everton"a qayıdıb. Onun müalicəsinin "Everton"da davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, C.Tosun qış transfer pəncərəsində "Kristal Pelas"a icarəyə göndərilmişdi. Telegram kanalımız