“Çənlibel” restoranda saxlanılan heyvanlar xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

“Çənlibel” restoranda saxlanılan heyvanlar xilas edildi

Sosial

04 Sentyabr 2025 17:51 488


IDEA İctimai Birliyinin təşəbbüsü ilə DİN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə Xaçmaz rayonunda fəaliyyət göstərən iaşə obyektlərindən birində araşdırma aparılıb. 

Yenisabah.az xəbər verir ki, Müşkür kəndi ərazisində yerləşən "Çənlibel" restoranında qanunsuz olaraq bir sıra fauna növlərinin saxlanılması faktı aşkarlanıb.

Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən adı Qırmızı Kitabına salınmış 1 adi flaminqo (qızılqaz), 2 harayçı qu quşu və 3 şinşilla götürülüb. Xilas edilən heyvanların ilkin müayinəsi zamanı, təbii miqrasiya prosesinə mane olmaq məqsədilə flaminqo və harayçı qu quşlarının qanadlarının uclarının kəsildiyi faktı aşkarlanıb. Dominos pizza

Hal-hazırda heyvanların klinik şəraitdə müayinə və reabilitasiyası davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!