Cənnətdəki torpağın kvadrat metri 100 dollara satılır – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Cənnətdəki torpağın kvadrat metri 100 dollara satılır – VİDEO

Maraqlı

10 İyul 2024 15:22 1565


Meksikada “Entoms Kilsəsi” cənnətdəki mülkləri kvadrat metri 100 dollardan satır. Bu təklif sosial mediada paylaşılıb və bir çox ödəniş üsullarının qəbul ediləcəyi bildirilib.

Yenisabah.az xəbər verir ki, dini liderlərin səmavi mülkləri satmaq cəhdləri maddi mənfəət üçün istismarı ilə bağlı ciddi suallar yaradıb və narazılığa səbəb olub.

“Entoms Kilsəsi” “Tanrıdan icazə aldığını” iddia edir. “Mülkü” satan keşiş buludlar arasında "müqəddəs evi" alıcılara təqdim edir. Şəkildə yeni səmavi evlərinə qızıl pilləkənlə qalxan bir ailə təsvir edilib. Toyuqlu pizza

Broşurda qeyd edilir ki, kilsə “PayPal”, “Google Pay”, “Visa”, “Mastercard” və “American Express” daxil olmaqla müxtəlif ödəniş üsullarını qəbul edilir.

“TikTok”da  bu haqda paylaşım edən “dəllal” "cənnət sahələri"nin milyonlarla dollarının artıq satıldığını iddia edərək, bunu "dünyanın ən böyük daşınmaz əmlak sövdələşməsi" adlandırıb.

Qeyd edək ki, dini liderlərin cənnət mülklərini satma cəhdləri yeni deyil. 2018-ci ildə zimbabveli bir keşiş əhaliyə 533 dollara “cənnət bileti” satdığı üçün həbs olunmuşdu.

Keçən il isə Uqandada keşişi bir çox ardıcıllarını mülklərini, torpaqlarını və heyvanlarını satmağa inandırıb və onların pulunu mənimsəyib. Bu cür “mülklərin” satılması tendensiyası imanın maddi mənfəət üçün istismarı ilə bağlı ciddi suallar doğurur.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!