Cənub Regional Futbol Federasiyası idman ləvazimatları ilə təmin olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Cənub Regional Futbol Federasiyası idman ləvazimatları ilə təmin olundu - Fotolar

İdman

06 Oktyabr 2021 22:35 871


AFFA Cənub Regional Futbol Federasiyassını (RFF) müxtəlif idman ləvazimatları ilə təmin edib.

Yenisabah.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi "Facebokk" səhifəsində məlumat paylaşılıb.

Məlumatda qeyd olunub ki, bu addım regionda futbolun inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə atılıb. Dominos pizza

Ləvazimatlar qurumun Kütləvi Futbol departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən Cənub RFF-nin prezidenti Sakin Məmmədzadəyə təqdim edilib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov isə bölgələrə səfər çərçivəsində Cəlilabad rayonuna gedib. Şəhər stadonunda aşağı yaş qruplarından ibarət komandaların üzvü olan uşaqlarla görüş keçirilib. Futbol mütəxəssisləri Samir Əliyev və Vüqar Nadirovun da iştirak etdiyi görüşdə uşaqlara milli assosiasiya adından futbol geyimləri və toplar verilib.

Rayon futbol ictimaiyyəti ilə aparılan müzakirə zamanı Cəlilabad rayonunu təmsil edən “Ümid” komandasının AFFA-nın dəstəyi ilə cari mövsümdə “Region Liqası”nda iştirak edəcəyi qərarlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!