“Cənubda çalınan kilsə zəngləri” adlı film çəkiləcək

saytların hazırlanması

Evə çatdırılma

“Cənubda çalınan kilsə zəngləri” adlı film çəkiləcək

Maraqlı

05 İyul 2023 10:54 1162


“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanda tolerantlıq: “Cənubda çalınan kilsə zəngləri” adlı layihənin icrasına başlayıb. 

Yenisabah.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycanın cənub bölgəsində mövcud olan kilsə və sinaqoqlardan bəhs edən 10 dəqiqəlik sənədli film çəkiləcək, məqalələr hazırlanacaq.

“Cənubda çalınan kilsə zəngləri” adlanacaq filmdə sujet xətti əsasən xristian və yəhudi abidələrinin bir çoxunun heç bir təziqə məruz qalmadan bu günə kimi bölgədə yaşadılmasının real və obyektiv tərəfləri araşdırılacaq. pizza mizza

Eyni zamanda müxtəlif mədəni və dini dünyagörüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində araşdırılmayan və yaxud da çox az tədqiq olunan tərəflərini araşdırmaq, bu zaman ilk növbədə müstəqillik illərində dövlətin bu sahəyə diqqət və qayğısını öyrənib təbliğ etməkdir.

Layihə çərçivəsində həmçinin bölgədə mövcud olan xristian və yəhudi abidələrinin müsair imkanları tədqiq olunacaq, kilsələrin tarixi, ibadət imkanları, mövcud durumunu tarixçilərin dili ilə sənədli film üzərindən çatdırılacaq. Hazırlanacaq filmdə movcud tolerant mühit ehtiva ediləcək, informativ olacaq, kontent əhatə ediləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!