Cənubi azərbaycanlı milli fəal tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Cənubi azərbaycanlı milli fəal tutuldu

Rəsmi

14 Noyabr 2021 20:44 954


Cənubi azərbaycanlı milli fəal Məsud Qasımzadə noyabrın 13-də Təbriz şəhərində İran polisi tərəfindən heç bir məhkəmə qərarı olmadan tutularaq naməlum yerə aparılıb.

Yenisabah.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, hələlik onun hansı səbəbdən tutulması barədə heç bir məlumat yoxdur.

Məsud Qasımzadə Cənubi Azərbaycanın milli fəallarından və “Traxtur” futbol klubunun (tim) ən böyük tərəfdarlarındandır. O, ərdəbilli olsa da, hazırda Təbrizdə yaşayır. pizza hut

Qasımzadə milli fəaliyyətlərinə görə İran polisi tərəfindən dəfələrlə zəng edilərək təhdidlərlə üzləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!