Cənubi Koreyada FƏLAKƏT – Minillik Budda məbədi yandı

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Koreyada FƏLAKƏT – Minillik Budda məbədi yandı

Dünya

23 Mart 2025 20:11 276


Cənubi Koreyanın Sançxon bölgəsində martın 21-də başlayan iri meşə yanğınları güclü külək səbəbindən sürətlə qonşu rayonlara yayılıb.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində 4 nəfər həlak olub, 6 nəfər isə ciddi xəsarət alıb, onların əksəriyyəti ağır vəziyyətdədir.

Yanğınlar minillik tarixə malik Uqramsa Budda məbədini də məhv edib. Bu məbəd Silla sülaləsi dövründə tikilmişdi. Buna baxmayaraq, monarxlar bir neçə unikal müqəddəs əşyaları xilas edə biliblər. Toyuqlu pizza

Ümumilikdə, yanğınlar artıq 3.200 hektardan çox meşə sahəsini məhv edib. Bununla yanaşı, ölkənin hökuməti milli fəlakət vəziyyəti elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!