Cənubi Koreyanın ilk trans əsgəri evində ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Koreyanın ilk trans əsgəri evində ölü tapıldı

Dünya

04 Mart 2021 17:52 899


Keçən il cinsiyyət dəyişikliyi əməliyyatından sonra ordudan tərxis edilən Cənubi Koreyadakı ilk trans əsgər evində ölü tapılıb.

Yenisabah.az xəbər verir ki, 23 yaşlı Byun Hui-su Seulun cənubundakı Çionqjuda yaşayırmış. Onunun ordudan ayrılmadan əvvəl tank alayında ən qabiliyyətli sürücü olduğu bildirilib.

Byun Hui-su işindən qovulduqdan sonra mətbuat konfransı keçirərək vətənə xidmət etməyin ən böyük arzusu olduğunu söyləsə də, orduya qayıtmasına icazə verilməyib. Sezar pizza

Byunun ölümünün səbəbi bəlli olmasa da, müalicə aldığı Milli Psixi Sağlamlıq Mərkəzinin sözçüsü onun intihar edə biləcəyinə diqqətə çatdırıb.

Yerli media isə Byunun üç ay əvvəl intihara cəhd etdiyini, bundan sonra müalicə almağa başladığını iddia edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!