Çerçesov Qazaxıstan yığmasına baş məşqçi gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Çerçesov Qazaxıstan yığmasına baş məşqçi gətirildi

İdman

03 İyun 2024 16:06 441


Rusiya milli futbol komandasının keçmiş məşqçisi Stanislav Çerçesov Qazaxıstan yığmasına rəhbər təyin olunub.

Yenisabah.az xəbər verir ki, 60 yaşlı mütəxəssisin federasiya ilə hansı şərtlərlə müqavilə imzaladığı açıqlanmır.

Ötən ilin iyulunda Çerçesov 2 dəfə Macarıstan çempionluğunu və bir dəfə Macarıstan kubokunu qazandıqdan sonra "Ferencvaros"dan qovulub. pizza sifarişi

2016-2021-ci illərdə Çerçesov Rusiya millisinin baş məşqçisi vəzifəsində çalışıb. Əvvəllər o, həm də "Spartak", "Dinamo", "Terek", "Amkar" və Polşa "Legiya"sının məşqçisi olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!