“Çərçivəni görən kimi topa zərbə vurdum” - Mahir Emreli “Lester”ə vurduğu qoldan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Çərçivəni görən kimi topa zərbə vurdum” - Mahir Emreli “Lester”ə vurduğu qoldan danışdı

İdman

01 Oktyabr 2021 00:14 1040


"Hələ matçdan əvvəl demişdim ki, bu oyundan tək azarkeşlər yox, futbolçular da zövq almalıdır. Bu, cəmi 90 dəqiqəlik şou idi".

Yenisabah.az xəbər verir ki, bunu Polşa "Legiya"sının futbolçusu Mahir Emreli evdə İngiltərə "Lester"inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Görüşdə yeganə qolun müəllifi olan 24 yaşlı hücumçu komandasına qələbə qazandırdığı üçün xoşbəxt olduğunu söyləyib: "Yaxşı oynadıq, sonadək mübarizə apardıq və 3 xal əldə etdik. Hər kəsi təbrik edirəm. Qolu necə vurdum? Çərçivəni görən kimi topa zərbə vurdum. Belə də lazım idi. Kimin fərqlənməsi önəmli deyil. Əsas odur ki, qalib gəldik". Toyuqlu pizza

Azərbaycan millisinin hücumçusu bildirib ki, qarşılaşmadan öncə heç bir komanda yoldaşı rəqibdən çəkinmirdi: "Əlbəttə, onlara hörmət edirik. "Lester" əla komandadır. Amma müasir futbolda hər şey mümkündür. Hamımız eyni fikirdə idik: biz illərdir gözlədiyimiz şey uğrunda mübarizə aparırıq. Topdan zövq alanda işlər də qaydasında gedir".

Qeyd edək ki, "Legiya" ilk 2 turdan sonra maksimum nəticə ilə C qrupuna başçılıq edir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!