Cərimə ödənişləri zamanı komissiya haqqı TUTULUR - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Cərimə ödənişləri zamanı komissiya haqqı TUTULUR - RƏSMİ

Sosial

24 Noyabr 2025 16:09 1647


Noyabrın 1-dən etibarən bütün banklarda cərimə ödənişləri zamanı 40 qəpik komissiya haqqı tutulur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bildirilib ki, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq, bu əməliyyatlara komissiya haqqı tətbiq olunur: Dördpendirli pizza

"Ödəniş zamanı tətbiq olunan 40 qəpiklik komissiya bütün banklarda vahid qayda ilə həyata keçirilir.

Hökumət Ödəniş Portalı vasitəsilə ödəniş edərkən sistemdən istifadə üçün xidmət haqqı tutulmur. Ödənişlərin toplanmasına görə xidmət haqqının hansı formada tutulması isə müvafiq xidmət təşkilatı tərəfindən müəyyənləşdirilir.

Tətbiq olunan komissiya yalnız yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsi çərçivəsində tətbiq edilmiş cərimələrə aiddir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!