Cərimələnən sürücülərin sayı 41 mini keçdi

saytların hazırlanması

Evə çatdırılma

Cərimələnən sürücülərin sayı 41 mini keçdi

Avto

27 Aprel 2020 10:50 1390


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 26.04.2020-ci il saat 00:00-dan 27.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb.

BDYPİ-dən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 26.04.2020-ci il saat 00:00-dan 27.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 397 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 41 404 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!