Cərimələrlə bağlı rəsmi açıqlama – Ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Cərimələrlə bağlı rəsmi açıqlama – Ləğv olundu

Siyasət

28 Mart 2020 13:25 5133


16 mart-30 aprel tarixlərində Azərbaycan ərazisində olma müddəti bitən, lakin gec müraciət edən şəxslər barədə inzibati məsuliyyət tədbirləri tətbiq edilmir. Onların qəbul şöbələrinə gəlmələri tələb olunmur.

“Yeni Sabah” məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

O deyib ki, ölkədə olma müddətinin uzadılması üçün müraciət edən şəxslər və ümumi olaraq bu dövrdə müddəti bitən şəxslər Miqrasiya Xidmətinin internet səhifəsində dövlət rüsumunun ödənişini həyata keçirə bilər.  pizza sifarişi

Vüsal Hüseynov deyib ki, bununla da, müraciət etmədikləri təqdirdə belə olma müddəti uzadılmış hesab ediləcək.

“İnternet səhifəsində iki məlumatı - pasport nömrəsi və doğum tarixi daxil edilməklə bank kartı vasitəsilə və ya ödəniş kodu götürülərək, “Exspress pay” terminalları vasitəsilə rüsum ödənilə bilər.

Ödəniş nömrələri hazırda 16-31 mart tarixlərində müddəti bitən şəxslər üçündür. Azərbaycanda olma müddəti aprel ayında bitən şəxslər üçün məlumat gələn həftə yerləşdiriləcək.

İcazə qərarlarının götürülməsi üçün hazırda qəbul şöbələrinə yaxınlaşma zərurəti yoxdur və bunu tövsiyə etmirik”, - deyə o əlavə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!