Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası (AES) elektrik təchizatını bərpa edib.
Yenisabah.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tviter səhifəsində bildirib.
Məlumata görə, Rusiya hərbçilərinin hücumu nəticəsində AES-in elektrik təchizatı xətti zədələnmişdi. pizza mizza
“AEBA-nın Ukraynadakı nümayəndəliyi Çernobıl AES-in xarici elektrik təchizatını bərpa etdiyini bildirib”,- məlumatda qeyd olunub.
Xatırladaq ki, martın 9-da Rusiya hərbçilərinin hücumu nəticəsində stansiyanın elektrik enerjisi təchizatı ötürməsi dayanmışdı. Həmin gün Ukrayna tərəfi stansiyanın fəaliyyətini 48 saata bərpa edəcəklərini bəyan etmişdi.
Martın 13-də AES-in elektrik təchizatı bərpa olunsa da, növbəti gün Rusiya hərbçiləri onu yenidən zədələmişdi.
Telegram kanalımız