Cerrard PSJ-nin baş məşqçisi ola bilər 

saytların hazırlanması

Evə çatdırılma

Cerrard PSJ-nin baş məşqçisi ola bilər 

İdman

22 Fevral 2023 13:22 858


"Reyncers"in və "Aston Villa"nın sabiq baş məşqçisi Stiven Cerrard PSJ-ni çalışdıra bilər. 

Yenisabah.az "Scottish Daily Express"ə istinadən xəbər verir ki, Fransa klubunun rəhbərliyi Çempionlar Liqasının pley-off mərhələsinin "Bavariya" ilə ilk oyunundakı (0:1) məğlubiyyətdən sonra hazırkı baş məşqçi Kristof Qaltyedən narazıdır. Onlar mövsümün sonunda baş məşqçini dəyişməyi düşünür. 

PSJ-nin baş məşqçisi vəzifəsinə namizədlər arasında rəhbərliyin komandanı gücləndirməyə qadir vacib fiqur hesab etdiyi Cerrard da var.  Marqarita pizza

Qeyd edək ki, Cerrardın çalışdırdığı son komanda "Aston Villa" olub. "Liverpul"un keçmiş futbolçusu ötən ilin oktyabrında istefaya göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!