“Öhdəliklərin yerinə yetirilməsinə dair Rusiya ilə danışıqlar davam edir”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin mayın 25-də keçirilən iclasında parlamentinin sədri Ararat Mirzoyan bildirib.
“Rusiyaya səfərimiz zamanı Dövlət Dumasının sədri ilə bizi maraqlandıran bütün məsələləri çox konstruktiv şəkildə müzakirə etdik”. Pepperoni pizza
Ararat Mirzoyanın sözlərinə görə, Ermənistanın təhlükəsizlik məsələlərinə dair beynəlxalq müqavilələri var. “Düşünmürəm ki, Ermənistanın müttəfiqləri öz öhdəliklərini yerinə yetirmir və ya yerinə yetirməyəcəklər”.
Milli Məclis sədri KTMT-nin müəyyən prosedurlara, mexanizmlərinə sahib olduğunu və Rusiya ilə danışıqların davam etdiyini də diqqətə çatdırıb.
Mirzoyan nikbin qalmağa çağırıb: “Çətin məsələlər həmişə ildırım sürəti ilə həll olunmur. Bəzən soyuqqanlılıq və səbir daha təsirli olur”.
Telegram kanalımız