Əməkdar artist Ədalət Şükürov karantində yaxın dostlarından incidiyini etiraf edib.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Xəbər-Ətər” proqramında qonaq olan sənətçi zəng edib hal-əhvalını soruşmayan dostlardan gileylənib:
"Karantində bir çox insanların maskası çıxdı, dəyərləri öyrəndik. Heç kimdən incmirəm, amma nəticə çıxardım. Yaxınlar, dostlar var ki, zəng edib hal-əhval tutardı. Hamıya çətin ərəfə idi, anladım. Ancaq bir neçə yaxın adamdan zəng gözləyirdim. Mənim xətrimə dəydi". pizza mizza
Qeyd edək ki, sənətçi karantinin çox hissəsini bağında, ailəsi ilə birgə keçirmişdi.
Telegram kanalımız