Çevik polis alayı Yasamaldakı binanı mühasirəyə alıb - Video

saytların hazırlanması

Evə çatdırılma

Çevik polis alayı Yasamaldakı binanı mühasirəyə alıb - Video

Kriminal

08 İyun 2020 09:34 3763


Xüsusi karantin rejiminin sərtləşdirildiyi bu günlərdə Azərbaycan polisi böyük əzm, səbr, ən əsası insanlıq nümayiş etdirdi, vətəndaşlara qarşı göstərdiyi jestlərlə rəğbət qazandı.Yaxını rəhmətə gedən bir qadını doğmalarının yanına çatdırdı, evində yeməyi olmayanlara onların müraciəti əsasında yemək apardı, gərəkən anlarda xəbərdarlıq etdi.

“Yeni Sabah” xəbər verir ki, Bizimyol.info-nun yaydığı məlumata görə, bununla yanaşı polisə qarşı münasibət ölkə vətəndaşları tərəfindən birmənalı olmadı. Dünən Yasamal rayonu ərazisində çoxmərtəbəli binalardan birinin həyətində polisin üzərinə zibil və boş şüşə balonlar atılıb. Buna cavab olaraq bu gün səhər saatlarında Çevik Polis Alayının bölüyü həmin binanın həyətinə daxil olub və səbəbkarlar axtarılmağa başlanılıb.

Bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb. Toyuqlu pizza

Sahil qəsəbəsi ərazisində xidmət göstərən polislərimizi isə Azərbaycan himninin çalınması ilə farağat vəziyyəti alaraq polis salamı veriblər. Bu görüntülər də vətəndaşların rəğbəti ilə qarşılanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!