Çevik polis alayının əməkdaşları bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Çevik polis alayının əməkdaşları bıçaqlandı

Kriminal

13 Fevral 2022 10:23 829


Bakıda Çevik Polis Alayının 2 əməkdaşı bıçaqlanıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Ərazidə növbə çəkən Eldəniz və Coşqun adlı polis əməkdaşları (soyadları dəqiqləşdirilir-red) bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. pizza hut

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Hadisənin təfərrüatı araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!