Çexiya Prezidenti Miloş Zeman çərşənbə axşamı gecə xəstəxanaya yerləşdirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Yirji Ovçaçek “twitter” səhifəsində bildirib.
Onun sözlərinə görə, prezident əlindən aldığı zədə ilə bağlı Praqadakı Mərkəzi Hərbi Xəstəxanaya yerləşdirilib: “Cənab Prezident əməliyyat olunacaq. Həyati təhlükə yoxdur. Prezident ailəsi və işçiləri ilə təmasdadır”. pizza sifarişi
Y.Ovçaçek əlavə edib ki, M.Zemanın iş qrafiki mövcud vəziyyətinə uyğun olaraq planlaşdırılacaq.
Qeyd edək ki, 75 yaşlı prezident uzun müddətdir ayaq ağrılarından şikayətlənirdi. APA
Telegram kanalımız