Ceyhun Bayramov amerikalı senatorla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov amerikalı senatorla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

Siyasət

30 May 2025 00:11 583


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin cari vəziyyəti və perspektivləri, qanunvericilik orqanları arasında əlaqələrin əhəmiyyəti, regional təhlükəsizlik məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub. Dominos pizza

C.Bayramov senatora postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesi və qarşıda duran maneələr barədə məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!