Ceyhun Bayramov Avropa Şurasının Baş katibinə Azərbaycanın narahatlığını çatdırdı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Avropa Şurasının Baş katibinə Azərbaycanın narahatlığını çatdırdı

Siyasət

25 Sentyabr 2024 01:51 512


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Ceyhun Bayramov AŞ-nin fəaliyyəti çərçivəsində bir çox məsələlərdə Azərbaycanın mövqeyinə diqqət çəkib. pizza mizza

Bundan başqa, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı qərəzli münasibətdən narahatlıq ifadə olunub ki, bu da bütövlükdə Avropa Şurasının imicinə və nüfuzuna böyük xələl gətirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!