Ceyhun Bayramov Cozef Borellə ermənilərin dinc sakinləri atəşə tutmasını müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Cozef Borellə ermənilərin dinc sakinləri atəşə tutmasını müzakirə etdi

Siyasət

29 Oktyabr 2020 01:20 1111


Oktyabrın 28-də Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Nazir Ceyhun Bayramov ali nümayəndəni Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması, mülki şəxslərin və infrastrukturun hədəf alınması, dinc əhali arasında çoxsaylı tələfata nail olmaq üçün kasetli bombalardan istifadə edilməsi ilə bağlı məlumatlandırıb. Nazir Ermənistan silahlı qüvvələrinin 27 və 28 oktyabr tarixlərində Bərdə şəhərinə raket hücumları ilə mülki şəxslərin məqsədyönlü şəkildə qətlə yetirildiyini qeyd edib. O vurğulayıb ki, bu Ermənistanın törətdiyi növbəti müharibə cinayətidir və bu cinayətə görə tam məsuliyyəti Ermənistan daşıyır. Dördpendirli pizza

Aİ-nin ali nümayəndəsi Cozef Borel mülki əhalinin atəşə tutulması ilə bağlı təəssüfünü ifadə edib və mülki şəxslərin hədəf alınmasının yolverilməzliyini vurğulayıb. Eyni zamanda o, münaqişənin sülh yolu ilə həllini təmin etmək üçün tərəflər arasında dialoqun bərpa olunmasının vacibliyini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!