Ceyhun Bayramov Finlandiya Xarici İşlər naziri ilə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Finlandiya Xarici İşlər naziri ilə danışdı

Siyasət

05 Oktyabr 2020 21:54 783


Xarici İşlər naziri Ceyhun Bayramov və Finlandiya Xarici Işlər naziri Pekka Haavisto arasında telefon danışığı baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən Yenisabah.az-a verilən məlumata görə, nazir Pekka Haavisto bölgədəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib və hazırkı durumla maraqlanıb.

Nazir Ceyhun Bayramov, həmsöhbətinə bölgədəki yüksək gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü atəşə tutması barədə məlumat verib. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, sənaye şəhəri Mingəçevirin, eləcə də Xızı və Abşeron rayonlarının hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb.  O qeyd etdi ki, bölgədəki gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərindədir. Toyuqlu pizza

Nazir Ceyhun Bayramov Ermənistanın BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirməsinin zəruri olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!