Ceyhun Bayramov Gürcüstanın səfirini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Gürcüstanın səfirini qəbul etdi

Siyasət

13 Avqust 2020 17:58 791


Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzeni qəbul edib.

Xarici İşlər Nazirliyindən Yenisabah.az-a daxil olan məlumata görə, Ceyhun Bayramov Azərbaycan və Gürcüstan arasında münasibətlərin tarixi dostluğa dayandığını və iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb. Nazir iki ölkə arasında əməkdaşlıq münasibətlərinin iqisadi, ticarət, enerji, nəqliyyat istiqamətləri ilə yanaşı, humanitar, mədəniyyət, elm və təhsil sahələrində inkişafını qeyd edib.

Ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə verdiyi qəti dəstəyi və bu mövqeyin beynəlxalq çərçivələrdə birmənalı ifadə olunması qeyd olunub. pizza

Tərəflər üçtərəfli və çoxtərəfli formatlarda, eləcə də BMT başda olmaqla beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Səfir Zurab Pataradze Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı ilə əlaqədar təbrik edib, həmçinin Gürcüstan Xarici İşlər naziri David Zalkalianinin salamlarını nazirə çatdırıb.

Səfir öz növbəsində iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!