Ceyhun Bayramov Məhəmməd İshaq Darla telefonla danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Məhəmməd İshaq Darla telefonla danışdı

Siyasət

26 Aprel 2025 15:27 275


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında aprelin 26-da telefon danışığı baş tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Qeyd olunub ki, nazirlər iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və perspektivlərini, eləcə də regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Marqarita pizza

Söhbət zamanı Azərbaycan və Pakistan liderləri arasında yüksəksəviyyəli təmaslar, habelə sonuncu yüksəksəviyyəli səfərlər zamanı əldə olunmuş razılıqların icrası məsələləri, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Telefon danışığı zamanı M.İ.Dar Pakistanla Hindistan arasında yaranmış gərginlik barədə məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!