Ceyhun Bayramov Məşhəddədir

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Məşhəddədir

Siyasət

03 Dekabr 2024 11:02 497


İranın Məşhəd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 28-ci iclası keçirilir.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, tədbirdə İƏT-ə üzv ölkələr - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Pakistan, Tacikistan və İranın xaric işlər nazirləri iştirak edirlər.

Dekabrın 2-də başlamış iclasda İƏT-ə üzv ölkələrin səfirləri, xarici işlər nazirlərinin müavinləri və ekspertləri müxtəlif iqtisadi, mədəni və sosial sahələrdə əməkdaşlığa dair sənədlərin layihələrini müzakirəyə hazırlayıblar. Həmin sənədləri XİN rəhbərləri bu gün təsdiqləyəcək. Dominos pizza

İclasın yekun sənədi olaraq Məşhəd Bəyannaməsinin də qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramov toplantıya qatılmaq üçün İrana səfər edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!