Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

Siyasət

01 Noyabr 2020 16:38 906


Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Bakıya işgüzar səfər edən Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədəki son vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Ermənistanın humanitar atəşkəslə bağlı razılıqlara rəğmən Azərbaycanlı dinc əhalinin atəşə tutması, Cenevrə görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışına məhəl qoymayaraq yenidən Azərbaycanın yaşayış məntəqələrini hədəf alması, beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə həmkarına məlumat verdi. Pepperoni pizza

Nazirlər bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini vurğuladılar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!