Ceyhun Bayramov Polşa XİN-in dövlət katibi ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Polşa XİN-in dövlət katibi ilə görüşdü

Siyasət

05 İyun 2024 17:22 245


Ceyhun Bayramov Polşa Xarici İşlər Nazirliyinin dövlət katibi (nazir müavini) Marek Pravda ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə Azərbaycan və Polşa arasında əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov iki ölkə arasında tərəfdaşlıq münasibətlərin, xüsusilə iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, təhsil, humanitar sahələr üzrə əməkdaşlığın inkişafında bu kimi səfərlərin, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin vacib rolu olduğunu vurğulayıb. Toyuqlu pizza

Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə sahəsində görülən işlər, Azərbaycan və Ermənistan arasında normalaşma prosesindən bəhs edərək, bölgədə sülh quruculuğu üçün münbit şəraitin mövcud olduğunu diqqətə çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!