Ceyhun Bayramov Şarl Mişellə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Şarl Mişellə görüşdü

Siyasət

14 Mart 2025 18:53 240


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Eyni zamanda, post-münaqişə dövründə regional dinamika, sülh sazişi ilə bağlı son inkişaflar və bu proses qarşısında duran çağırışlar diqqət mərkəzində olub. Pepperoni pizza

Görüşdə Şarl Mişelin Avropa İttifaqı Şurasının sədri kimi əvvəlki fəaliyyəti və göstərdiyi mühüm səylərə görə ona təşəkkür ifadə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!