Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olundu

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olundu

Siyasət

16 Fevral 2025 17:30 261


Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu birinci dərəcəli “Serbiya Bayrağı” ordeni ilə təltif edib.

"Report" Serbiya mətbuatına istinadən xəbər verir ki, nazir Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.

Mükafatlandırma mərasimində C.Bayramov vurğulayıb ki, Azərbaycanla Serbiya strateji tərəfdaş və əsl dostdurlar. Marqarita pizza

O, həmçinin bildirib ki, bu mükafat Serbiya rəhbərliyinin Azərbaycana nə qədər önəm verdiyinin bariz nümunəsidir.

Qeyd edək ki, C.Bayramov Serbiyada səfərdədir. Səfər çərçivəsində nazirin Serbiyada yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!