Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışdı

Siyasət

16 İyul 2020 22:56 1268


Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

XİN-dən Yenisabah.az-a verilən məlumata görə, Nazir Ceyhun Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib. O, qardaş Türkiyənin hər zaman Azərbaycana nümayiş etdirdiyi dəstəyi, o cümlədən Ermənistanın son hərbi təxribatı ilə bağlı verdiyi ədalətli bəyanatları yüksək qiymətləndirib və bu xüsusda minnətdarlığını ifadə edib.

Nazirlər tərəfindən iki qardaş ölkə arasında strateji əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişafı istiqamətində səylərin əsirgənilməyəcəyi vurğulanıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!