Ceyhun Bayramov türkiyəli həmkarına zeng etdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov türkiyəli həmkarına zeng etdi

Siyasət

22 Avqust 2020 18:35 798


Bu ilin 22 avqust tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğluna telefon zəngi edib.

Xarici İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Nazir Ceyhun Bayramov Türkiyənin Qara Dənizdə zəngin qaz yatağını kəşf etməsi münasibətilə səmimi təbriklərini həmkarının diqqətinə çatdırıb.

Dünya enerji bazarında etibarlı tranzit ölkəsi kimi tanınan Türkiyənin bundan sonra mühüm enerji istehsalçısı kimi çıxış edəcəyi və beləliklə də, bölgədə enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcəyi vurğulanıb. Toyuqlu pizza

Türkiyənin tarixindəki ən böyük təbii qaz kəşfinin Türkiyə dövlətinin və Türkiyə xalqının rifahı və tərəqqisinə xidmət edəcəyindən əminlik ifadə olunub.

Nazirlər iki dost və qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin səmərəli şəkildə inkişafının bundan sonra da davam etdiriləcəyini qeyd ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!