Ceyhun Bayramov Vatikan təmsilçisi ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Vatikan təmsilçisi ilə görüşdü

Siyasət

16 Dekabr 2024 14:11 317


Xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın (Vatikan) Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallagerlə geniştərkibli görüş keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Görüşdə Ceyhun Bayramov arxiyepiskop Paul Riçard Qallager ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib. pizza sifarişi

"Mən həmkarımı davamlı sülh prosesi üçün mövcud çağırışlar, o cümlədən münaqişədən sonrakı regional yenidənqurma və sülh gündəliyi, mina təhlükəsi, davam edən ərazi iddiaları və Ermənistanın kütləvi hərbiləşdirilməsi barədə məlumatlandırdım", - nazir "X" paylaşımında qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!