Ceyhun Bayramov yeni dərs ili ilə bağlı əmr imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov yeni dərs ili ilə bağlı əmr imzaladı

Sosial

12 İyul 2019 15:16 1101


Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycanın tədrisi Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib.

Daha bir əmrlə azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planı və “Qeydlər” də təsdiq edilib.

Əmrlərin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!