Ceyhun Bayramov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşdü

Siyasət

27 Avqust 2020 20:12 673


Avqustun 27-də Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Nikolaos Piperigosun etimadnaməsini qəbul edib.

Yenisabah.az xəbər verir ki, görüşdə Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov səfir Nikolaos Piperigosu təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib. Pepperoni pizza

Öz növbəsində, Nikolaos Piperigos ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. O, Yunanıstan Xarici İşlər nazirinin təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb və diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüş zamanı, habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!