Baş Nazir Novruz Məmmədov “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişikliklər edib.
“Yeni Sabah” xəbər verir ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:
1. “Kollegiyanın sədri” bölməsindən “Bayramov Ceyhun Əziz oğlu - ” sözləri çıxarılsın. Toyuqlu pizza
2. “Kollegiyanın üzvləri” bölməsi aşağıdakı redaksiyada verilsin: “Azərbaycan Respublikası təhsil nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının təhsil naziri
Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini”.
Telegram kanalımız