Ceyhun Bayramovun pakistanlı həmkarı ilə telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovun pakistanlı həmkarı ilə telefon danışığı oldu

Siyasət

28 Fevral 2025 20:10 248


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar. Sezar pizza

Bununla yanaşı, iki ölkə liderləri arasında yüksək səviyyəli təmaslar, habelə Pakistan Baş nazirinin ölkəmizə sonuncu səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!