Ceyhun Bayramovun Türkiyəyə səfəri başladı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovun Türkiyəyə səfəri başladı

Hadisə

23 Fevral 2021 17:27 439


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri başlayıb.

Yenisabah.az xəbər verir ki, nazir səfər çərçivəsində Ankarada Türk Şurasının baş katibi Bağdad Əmrəyevlə görüşüb.

Tərəflər görüş zamanı Türk Şurasının mövcud fəaliyyət proqramındakı müxtəlif mövzularla yanaşı beynəlxalq və regional gündəmdəki məsələlər haqqında fikir mübadiləsi aparıblar. Marqarita pizza

C.Bayramov və B.Əmrəyev martın sonunda Türkistanda təşkil edilməsi planlaşdırılan Türk Şurasının qeyri-rəsmi zirvə toplantısı və bu ilin payızında İstanbulda təşkil edilməsi planlaşdırılan Fövqəladə Zirvə də daxil olmaqla yaxınlaşan önəmli tədbirlərin hazırlıqlarını müzakirə ediblər.

C.Bayramov və B.Əmrəyev Türk Şurası üzv dövlətləri arasında gələcəkdəki əməkdaşlığı strategiyasına da toxunublar. (Report)

Qeyd edək ki, bu gün Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!