"Mayo Clinic Ekspertləri" apardıqları bir təcrübədə, saqqız çeynəmənin saatda 11 kalori tərkibini təmin etdiyini hesablayıblar. Beyinə gedən qanı artırır. Bir çox idmançı və məşqçiləri oyun əsnasında sakit qala bilmək və gərginliyi azaltmaq üçün saqqız çeynəməyi seçməkdədirlər. Saqqız çeynəmək iştah idarəsini təmin etməyə köməkçi olur.
“Appetite” jurnalında dərc edilmiş bir araşdırma yazısında göstərilir ki, günortadan sonra edilən qəlyanaltı əvvəli saqqız çeynəmək, aclığı və kalori alışını azaltmağa köməkçi olur.
Lakin cəmiyyətimizdə saqqıza qarşı mənfi münasibət var. Bizdə bir çoxları saqqızın zərərli olduğunu düşünürlər. Bəzən övladının ağzında saqqız görən valideyn onu atmasını tələb edir və zərərli olduğunu deyir. Bəs həqiqətənmi saqqız faydalıdır? Bununla bağlı “Yeni Sabah”a danışan professor Adil Qeybulla qeyd edib ki, araşdırmanın nəticələri ilə tam razı deyil: pizza
“Belə araşdırmalar daha çox reklam xarakterli olur. Əslində bu çeynəmə refleksinin hansısa stimulyasiyasının ayıq qalmasında bir az diqqətin artmasında rolu ola bilər. Amma onun başqa tərəfləri provakasiya tərkiblidir. Ona görə də mən belə düşünmürəm. Amma düşünürəm ki, biz bu vərdişləri ictimaiyyətdə yaxşı qarşılamırıq və bunlara da riayət edirik.
Amma bunun hər hansı bir yaxşı tərəfi üçün də bir araşdırma, tətqiqat aparılmayıb, nəticələr ortada deyil. Bunu birmənalı necə təsdiqləmək olar? Bu indi ümumi bir nəticədir, deyirlər. Buna müxtəlif cəhətdən yanaşmaq olar. Mən bu qeyd edilənlərlə tam razılaşa bilmərəm".
Sabrina
Telegram kanalımız