“Chevrolet”in sürücüsü aldığı yanacağın pulunu ödəmədi - Polis işə qarışdı

saytların hazırlanması

Evə çatdırılma

“Chevrolet”in sürücüsü aldığı yanacağın pulunu ödəmədi - Polis işə qarışdı

Kriminal

07 Fevral 2022 13:11 760


Bakıda avtomobilinə yanacaq doldurdan şəxs pulunu ödəməyərək qaçıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis idarəsinin (RPİ) 32-ci Polis Bölməsinə fevralın 2-də Qaraçuxur qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində “Chevrolet” markalı avtomobilin sürücüsünün 48 manat dəyərində yanacaq doldurduqdan sonra pulu ödəməyərək getməsi barədə məlumat daxil olub. pizza sifarişi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Hüseynov müəyyən edilərək saxlanılıb.

Suraxanı RPİ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!