CHP sədri İlham Əliyevə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

CHP sədri İlham Əliyevə zəng etdi

Siyasət

08 Noyabr 2024 17:31 795


Noyabrın 8-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Yenisabah.az xəbər verir ki, Özgür Özəl Azərbaycanın ərazi bütövlüyünün bərpası, 44 günlük Vətən müharibəsində Qələbənin dördüncü ildönümü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb, Vətən uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərə Allahdan rəhmət diləyib.

“Qarabağın azad olunmasına öz torpaqlarımızın azad olunması qədər sevindik”, - deyən partiya sədri Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” ifadəsini xatırladıb. pizza mizza

Özgür Özəl Cümhuriyyət Xalq Partiyasının Avropa Şurası Parlament Assambleyasında və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev qeyd etdi ki, əvvəllər müəyyən yalnışlıqlar olub, amma bunlar keçmişdə qalıb. Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə CHP arasında əməkdaşlığın müsbət istiqamətdə cərəyan etdiyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!