Cibində peçenye gözləyən ata oğluna qovuşdu  - Ürəkdağlayan görüntülər/Video

Cibində peçenye gözləyən ata oğluna qovuşdu - Ürəkdağlayan görüntülər/Video

Hadisə Saytların hazırlanması

10 Fevral 2023 20:15 12617


Türkiyə tarixinin ən böyük fəlakətlərindən birini yaşayır. Fevralın 6-da Kahramanmaraşda baş verən iki şiddətli zəlzələ geniş coğrafiyaya yayılıb. 10 əyalətdə böyük dağıntılara səbəb olan hadisədə minlərlə insan həyatını itirib.

Türkiyədə yaxınları dağıntılar altında qalan bəzi şəxslərin reaksiyaları həm ölkə, həm də dünya mediasında əsas xəbərlərə çevrilib.

Hatayda ailəsi dağıntılar altında qalarkən ona verilən peçenyeni cibində saxlayan və övladlarına vermək istəyən atanın görüntüsü də buna şamildir. Xoşbəxtlikdən cibində övladı üçün peçenye saxlayan atanın üzü qismən gülüb. Belə ki, onun oğullarından biri dağıntılar altından sağ çıxarılıb. Ata və övladının görüşmə səhnəsi bütün Türkiyəni göz yaşlarına boğub.

BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!