Cibindən heroin, maşınından tüfəng çıxdı   – Məhkəmə

saytların hazırlanması

Evə çatdırılma

Cibindən heroin, maşınından tüfəng çıxdı – Məhkəmə

Kriminal

11 Aprel 2020 11:45 870


Dəfələrlə cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayan Abdulov Vasif Yunis oğlunun işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

“Yeni Sabah”ın məlumatına görə, çay evinin sahibi olan V. Abdulov qəsdən sağlamlığa ağır xəsrət yetirmə, qanunsuz silah gəzdirmə və külli miqdarda narkotik vasitələri saxlama və satma maddələri ilə ittiham edilir. 

Belə ki, 2019-cu ilin iyul ayında Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Vasif Abdulov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,900 qrram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq V.Abdulovun idarə etdiyi “Mitsubishi” markalı avtomobildən əlavə olaraq 31,119 qqram heroin, 29,450 qram metamfetamin, 1 ədəd “Toz-16” markal ov tüfəngi və 1 ədəd xəncər aşkar edilərək götürülüb. Istintaq zamanı isə onun bıçaqlanma cinayəti törətdiyi də məlum olub.  pizza

Qeyd edək ki, Vasif Abdulov 2015-ci ildən ödəmə terminalından oğurluq etdiyinə görə saxlanılıb. 2016-cı ildə isə yaşadığı Zabrat qəsəbəsində bıçaqlanıb. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!