Cica “Qarabağ”ı tərk edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Cica “Qarabağ”ı tərk edə bilər

İdman

02 Dekabr 2024 15:19 696


"Qarabağ"ın hücumçusu Redon Cica yanvarda qış transfer pəncərəsi dövründə komandanı tərk edə bilər.

Yenisabah.az newsport.al-a istinadla xəbər verir ki, bu barədə danışarkən o deyib:

"Onsuz da "Qarabağ"da oynamaq vaxtım az olur. Əgər yanvarda getmək istəsəm, bir neçə variantdan ən yaxşısı üzərində dayanacam".  pizza hut

Cica Albaniya çempionatına qayıdacağını istisna etməyib: "Bu məsələ açıq qalır. Amma hələ bəzi məsələlər aydınlaşmalıdır".

Xatırladaq ki, Redon Cica 2023-cü ilin yanvarında "Tirana" klubundan "Qarabağ"a keçib. O, Ağdam klubunda bütün turnirlərdə ümumən 61 oyun keçirib, 11 qol vurub və 5 qolun ötürməsini edib. 

Onun Azərbaycan təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!