“Düşünürəm, bu, deputatın iqtisadi maraqları ucbatından dediyi bir sözdür. Hesab edir ki, Məkkə şəhəri milyardlarla insanın ziyarət etdiyi şəhərdir, hətta son 20-30 ildə tarixiliyə görə xeyli turist bu ölkəni ziyarət edib, yaxşı olar, bir misli də Azərbaycanda olsun".
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu ilahiyyatçı-psixoloq Fazil Əhməd deyib.
O, deputatı Qüdrət Həsənquliyevin “Naxçıvanda Məkkədəki Kəbənin eynisini tikə bilərik” fikrini təəccüblə qarşılayıb: Dominos pizza
"Reallığa gələndə isə bu, qeyri-mümkündür. Fiziki cəhətdən Naxçıvanda Kəbə yaratmaq mümkün deyil. Heç vaxt İslam tərəfdaşlığı konfranslarına, İslam təşkilatlarına üzv olan Azərbaycan belə bir addım atmaz. Çünki bu, istər-istəməz digər müsəlman ölkələri tərəfindən qınaq obyektinə çevrilə bilər. Mənəvi cəhətdən də həm Azərbaycanın daxilində, həm də xaricdə düzgün çıxmaz.
Kəbənin bənzərini yaratmaq ideyasının özündə bir qədər absurdluq var. Onsuz da Naxçıvanda Əshabi-Kəhf ziyarətgahını insanlar hər il ziyarət edirlər. Azərbaycana gələn xarici turistlərə də Naxçıvandakı ziyarətgah təklif edilir. Yəni ora bir mərkəzə çevrilib. Daha yaxşı olar ki, Əshabi-Kəhfin tarixiliyini bir az da təbliğ edib, daha çox turist cəlb edilsin.
Bu cür düşüncələri çox da ciddiyə almaq lazım deyil. İnsandır, şəxsi fikirləri, təklifləri var. Bəzən bu təklifləri dilə gətirirlər, belə mövzuları çox da ciddiyə almağı ehtiyac bilmirəm”.
Telegram kanalımız